MDU-da təmir işləri aparılacaq
Mingəçevir Dövlət Universitetində (MDU) cari təmiri və abadlaşdırma işləri həyata keçiriləcək.
Bu barədə İqtisadiyyat.az ali təhsil müəssisəsindən məlumat əldə edib.
Məlumata əsasən, təmir və abadlaşdırma işlərnin universitetin birinci korpusunda aparılması nəzərdə tutulub.
Bu işlərə 835 min 561 manat sərf olunacağı proqnozlaşdırılıb.


