Mediasiya Şurası işçi qrupunun üzvləri təltif edildi

Mediasiya Şurası işçi qrupunun üzvləri təltif edildi

Mediasiya Şurası İdarə Heyətinin qərarı ilə Mediasiya Şurasının maddi-texniki bazasının gücləndirilməsi və mediasiya fəaliyyətinin səmərəli təşkili ilə əlaqədar sənədlərin layihəsinin hazırlanması üzrə işçi qrupun üzvləri fəaliyyət sahələrinə uyğun işlərin çevik, sistemli və keyfiyyətli icrasına görə diplom ilə təltif edilib.

Təltif olunanlar aşağıdakılardır:

İbrahimov Taleh Vəli oğlu – rəhbər
Yəhyayev Murad Yusif oğlu – üzv
İsayev Anar Sadiq oğlu – üzv

Diplom işçi qrupları üzvlərinin şəxsi işinə əlavə edilməklə İdarə Heyətinin iclasının protokoluna daxil edilib.