Mediasiya Şurasının beynəlxalq əlaqələri genişlənir

Mediasiya Şurasının beynəlxalq əlaqələri genişlənir

Türk Dünyası Mediatorlar Birliyinin nümayəndə heyəti Özbəkistan Respublikasının Ədliyyə Nazirliyində qəbul edilib. 

Azərbaycan Respublikasının Mediasiya Şurasının mediatorlardan ibarət nümayəndə heyətinin Türk Dünyası Mediatorlar Birliyinin iştirakı ilə Özbəkistan Respublikasına səfəri zamanı Ədliyyə Nazirliyində görüşdə olub.

Azərbaycandan olan nümayəndə heyətinin tərkibində Mediasiya Şurası İdarə Heyətinin sədri Nadir Adilov, İntizam Komissiyasının sədri Mayıl Əhməs, Etika Komitəsinin sədri Aqil Əsgərov, Türkiyədən olan nümayəndə heyətinin tərkibində isə Türk Dünyası Arabulucular Birliği İdarə Heyətinin sədri Yakup Erikel, vəkil-mediatorlar Emrullah Manav, Ali Sekel və Hasan Oymak iştirak edib.

Görüş zamanı Azərbaycan Respublikasında keçirilən mediasiya islahatları, Türkiyə Cümhuriyyəti mediatorlarının iş prinsipləri, Özbəkistan Respublikasında mediasiya sahəsinin yaradılması və iki ölkənin təcrübə proqramı ilə inkişaf yolları müzakirə edilib.