Bugünədək Mediasiya Şurasına 15018 iş daxil olub

Bugünədək Mediasiya Şurasına 15018 iş daxil olub

Bugünə qədər Mediasiya Şurasına 15018 iş daxil olub.

Bu sözləri Mediasiya Şurasının İdarə Heyətinin sədri Nadir Adilov deyib.

O bildirib ki, proseslərdən ailə münaqişələri ilə bağlı 12872 iş daxil olub ki, onlardan 395-i barışıqla yekunlaşıb: "Kommersiya problemləri ilə bağlı1550 iş daxil olub ki, 98 barışıq nəticələnib.Əmək mübahisələri 596 iş olub ki, onlardan 75-i barışıq sazişi ilə yekunlaşıb.Təxminən 10 aydır fəaliyyət göstərən Mediasiya üşün bu nəticələr yaxşı olsa da, yenə də biz az olaraq qiymətləndiririk".

Sədr onu da əlavə edib ki, Mediasiya Şurasının Bakıda 206 mediayoru fəaliyyət göstərir:

"Regionda 75 mediator, Naxçıvanda isə qeydiyyata alınmış 5 mediator vətəndaşlara xidmət edir. Xüsusilə vurğulamaq istədiyim məqam isə mediatorlardan 50-yə yaxını xanımlardır.

Media tərəfindən bizə bu sahədə daxil olan müraciətlər arasında qayda pozuntusuna yol verən 7 mediator nizamnaməyə uyğun olaraq cəzalandırılıb"-deyə Nadir Adilov əlavə edib.

BusinessTime