Məhkəmə bu şəxsin günahsız olduğunu sübuta yetirdi

Məhkəmə bu şəxsin günahsız olduğunu sübuta yetirdi

Səbail Rayon Məhkəməsində gömrük ödənişlərini ödəməkdən yayınmaqda təqsirləndirilən şirkət direktoru Babək Əliyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Hakim Ülviyyə Şükürovanın sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, irəli sürülmüş ittiham üzrə cinayət tərkibinin olmaması əsası ilə B.Əliyevə bəraət verilib.

Qeyd edək ki, B.Əliyevə Cinayət Məcəlləsinin 209.1-ci (xeyli miqdarda gömrük ödənişlərinin ödənilməsindən yayınma) maddəsi ilə ittiham irəli sürülüb. O, təqribən 65 000 manat məbləğində gömrük ödənişlərini ödəməkdən qəsdən yayınmaqda təqsirləndirilib.

E-huquq.az