Mehriban Əliyeva bayram münasibətilə paylaşım edib
![Mehriban Əliyeva bayram münasibətilə paylaşım edib](https://azertag.az/files/2024/2/1200x630/17185213616372158485_1200x630.jpg)
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi instaqram səhifəsində Qurban bayramı münasibətilə paylaşım edib.
BusinessTime xəbər verir ki, paylaşımda deyilir:
“Əziz həmvətənlər!
Sizi və dünya müsəlmanlarını Qurban bayramı münasibətilə təbrik edirəm! Allah etdiyiniz duaları, kəsdiyiniz qurbanları qəbul etsin! Hər birinizə möhkəm cansağlığı, sevgi, sevinc və gözəl əhvali-ruhiyyə arzulayıram. Qoy bu bayram ürəklərdə saf niyyətlər və xoş duyğular oyatsın, hər bir ocağa xeyir, rahatlıq və xoşbəxtlik gətirsin!
Dərin hörmət və sevgilərlə,
Sizin MEHRİBAN”