Mərkəzi Bankın departament rəhbəri işdən çıxdı

Mərkəzi Bankın departament rəhbəri işdən çıxdı

Azərbaycan Mərkəzi Bankının (AMB) Satınalmalar departamentinin rəhbəri Ayaz Nağıyev işdən çıxıb.

BusinessTime “Report”a istinadən xəbər verir ki, onun yerinə təyinat olmayıb.

Qeyd edək ki, A.Nağıyev bu vəzifəyə 2024-cü ildə təyin edilmişdi. O, daha əvvəl “Azərsun Holdinq” MMC, “Central National Gottesman Inc”, “PAŞA Bank” ASC-də Satınalma üzrə rəhbər vəzifələrdə fəaliyyət göstərib.