Mərkəzləşdirilmiş Aqrar Kredit Sistemi yaradılır

Azərbaycanda Mərkəzləşdirilmiş Aqrar Kredit Sistemi (MAKS sistemi) yaradılacaq.

Sistemin bu ilin sonuna qədər yaradılması nəzərdə tutulub.

Sistemin yaradılması üzrə Kənd Təsərrüfatı Nazirliyi, Aqrar Kredit və İnkişaf Agentliyi, Azərbaycan Banklar Assosiasiyası və Azərbaycan Mikromaliyyə Assosiasiyası icraçı qurum kimi müəyyənləşib.

Qeyd edək ki, sistemin yaradılması aqrar sektorda kreditləşmə prosesində şəffaflığın artırılması, kreditvermə proseslərinin sürətləndirilməsi, nəzarət mexanizmlərinin gücləndirilməsi məqsədi daşıyır.