Mirhəsən Seyidov kənd sakinləri ilə görüş keçirib⠀ 

Mirhəsən Seyidov kənd sakinləri ilə görüş keçirib⠀ 

Neftçala Rayon İcra Hakimiyyəti başçısı Yuxarı Qaramanlı kənd sakinləri ilə növbəti səyyar qəbulunu həyata keçirib. ⠀

Vətəndaş qəbulunda Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov, RİH məsul şəxsləri, hüquq- mühafizə orqanlarının, idarə, müəssisə, təşkilatların rəhbərləri, şəhid ailələri və kənd sakinləri iştirak edib.

İlk öncə Ulu Öndər Heydər Əliyevin, Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi zamanı şəhid olan hərbi qulluqçuların ruhu bir dəqiqəlik sükutla yad olunub.

Yuxarı Qaramanlı kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəsi çıxış edərək kənd haqqında görüş iştirakçılarına və qonaqlara geniş məlumat verib.

Çıxış edənlər Azərbaycan və Ermənistan dövlətləri arasındakı sonuncu sülh müqaviləsi haqqında aparılan danışıqlar və onların nəticələri haqqında görüş iştirakçılarını məlumatlandırıblar.

Görüşdə çıxış edən Neftçala RİH başçısı Mirhəsən Seyidov  Aprel Zəfərindən, 44 Günlük Vətən müharibəsindən, müharibədə iştirak edən müəllimlərin döyüş yolundan və sentyabr ayının 12-dən 13-nə keçən gecə düşmənin təxribatı zamanı hərbiçilərimizin qəhrəmancasına döyüşməsindən, döyüşlər zamanı ordumuz üçün əhəmiyyətli yüksəkliklərin əldə olunmasından, düşmənin təxribatının qarşısını alarkən qəhrəmancasına şəhidlik zirvəsinə ucalan şəhidlərimizdən və yaralan hərçibilərimiz haqqında məlumat verib. Şəhidlərimizin ailəsinə ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verib, yaralı hərbiçilərimizin tezliklə sağlamlıqlarına qovuşmalarını arzu edib. RİH-nin başçısı Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasındakı Praqa sammitindəki görüşün nəticələri, Azərbaycan Prezidenti İlham Əliyevin "sülh müqaviləsinin beş prinsipi mümkün qədər tez paraflanmalıdır, sülh müqaviləsinin mətni üzərində iş bu prinsiplər əsasında başlamalıdır" fikirləri ətrafında çıxış edərək görüş iştirakçılarını məlumatlandırıb.

Səyyar qəbulda əsasən torpaq məsələləri, kənddaxili yolların təmiri, yüksək gərginlikli elektrik xəttinin həyətyani sahələrə düşən hissəsindən çıxarılması və digər məsələlər ilə əlaqədar təkliflər səsləndiriblər. Vətəndaşların səsləndirdikləri ümumi problemlər ayrı-ayrılıqda dinlənilib və məsələlər müzakirə olunub, digər problemlərin həllinin araşdırılması üçün qəbuldan sonra müvafiq şöbələrə və şəxslərə tapşırıqlar verilib.
Vətəndaşlar göstərilən yüksək diqqət və qayğıya, rayon ərazisində aparılan abadlıq- quruculuq işlərinə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.

Məlumat üçün bildiririk ki, vətəndaş məmnunluğunu artırmaq və xidmət keyfiyyətinin yaxşılaşdırılmasının təmin olunması məqsədilə vətəndaşlar Neftçala Rayon İcra Hakimiyyəti ilə həm onlayn, həm də yerində görüşlər üçün yeni yaradılan “Rəqəmsal İcra Hakimiyyəti” https://rih.gov.az portalına daxil olmaqla müraciət imkanı əldə edə bilərlər.