Müasir Azərbaycanın müasir Ordusu!

Müasir Azərbaycanın müasir Ordusu!

Bu gün yaranmasının 107-ci ildönümünü qeyd etdiyimiz Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin keçdiyi inkişaf yoluna nəzər salsaq şahidi olacağıq ki, Azərbaycan ordusu xüsusilə son 20 il ərzində ərzində mükəmməl inkişaf dövrü keçərək dünyanın ən güclü 50 ordusu sırasında yer alıb.

Məhz bunun nəticəsidir ki, Şanlı Ordumuz tariximizə qızıl hərflərlə yazılmış 44 günlük Vətən Müharibəsində tarix yazıb, 30 illik işğala son qoyaraq ərazi bütövlüyümüzə, suverenliyiizə nail olub. Hər birimiz yaxşı xatırlayırıq ki, müstəqilliyimizin ilk illərində ölkədə olan mövcud ictimai-siyasi gərginlik, hakimiyyətdə olan siyasi dairələrin yarıtmazlığı digər sahələrdə olduğu kimi, ordu quruculuğu istiqamətində də uğursuzluqlara səbəb olmuşdu. Həmin dövrlərdə sanki silahlı qüvvələr torpaqlarımızın deyil, ayrı-ayrı hərbi və siyasi qruplaşmaların maraqlarının müdafiəçisinə çevrilmişdi.  1993-cü ildə Ulu Öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı bu sahədə də mövcud vəziyyətin yaxşılaşdırılmasına, ordunun maddi-texniki bazasının formalaşdırılmasına, gənclərdə vətənpərvərlik hissinin daha da yüksəlməsinə böyük stimul oldu. Ümummilli lider, ardınca isə onun layiqli davamçısı Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin yürütdüyü mükəmməl siyasi kurs sayəsində ölkədə nizami silahlı qüvvələr formalaşdı.

Torpaqlarımızın müdafiə olunması üçün təxirəsalınmaz vəzifələrin həyata keçirilməsi, xalq-ordu birliyinin inkişaf etdirilməsi istiqamətində həyata keçirilən tədbirlər müsbət mənada öz nəticəsini göstərdi. İqtisadi inkişafı və müdafiə qüdrəti ilə regionda fərqlənən bir ölkəyə rəhbərlik edən, Heydər Əliyev siyasətinə sadiqliyini atdığı hər bir addımında təsdiqləyən, Ali Baş Komandan cənab İlham Əliyevin bütün bayram və əlamətdar günlərdə, hərbi gücümüz barədə söylədiyi qətiyyətli fikirlər, keçirilən hərbi paradlarda nümayiş etdirilən ən müasir hərbi texnika, döyüş silah və sursatı bir daha əminlik yaradırdı ki, biz müharibə, konflikt istəməsək də buna hər an hazırıq. Daim müdafiə qüdrətimizin artırılmasını Azərbaycan dövlətinin daxili məsələsi olduğunu önə çəkən cənab İlham Əliyevin vurğuladığı kimi, ölkəmizdə ordu quruculuğu prosesi hər davam və inkişaf etdirilir. Azərbaycan tarixinin ən şərəfli səhifəsi olan 44 günlük Vətən Müharibəsi bunu bir daha təsdiqlədi.

Reallıq budur ki, son illərdə artan maddi imkanlarımız hesabına ordunun maddi-texniki bazası möhkəmlənmiş, hərbçilərin yaşayış və məişət məsələlərinə, sosial müdafiəsinə diqqət artırılmışdır. “Biz tarix yazırıq, yeni tarix, Xalqımızın, ölkəmizin yeni şanlı tarixini yazırıq. Bu Zəfər tarixidir” söyləyən və bu tarixin müəllifi olan Müzəffər Prezident, Ali Baş Komandan cənab İlham Əliyevin vurğuladığı kimi, Azərbaycan xalqı, qalib Milli Ordumuz düşmənə heç vaxt unutmayacağı zərbəni vurdu. Bütün dünya bildi və qəbul etdi ki, Qarabağ Azərbaycandır!.

Filarə İsmayılova;
Neftçala rayon, Şəhid anası