Mübariz Əhmədovun yerinə - Təyinat

Mübariz Əhmədovun yerinə

Baş prokurorluğun Elm-Tədris Mərkəzinə rəis təyin edilib.

Bununla bağlı baş prokuror Kamran Əliyev Əmr imzalayıb.

Əmrə əsasən, Talıb Cəfərov Baş Prokurorluğun Elm-Tədris Mərkəzinin rəisi vəzifəsinə təyin edilib.

T. Cəfərov bu təyinata qədər Elm-Tədris Mərkəzinin rəis müavini vəzifəsində işləyib.

Xatırladaq ki, Mərkəzin əvvəlki rəisi Mübariz Əhmədov Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə ədliyyə nazirinin müavini vəzifəsinə təyin edilib.