Müdrik ağsaqqal Valeh Salehovun 80 yaşı tamam olur

Müdrik ağsaqqal Valeh Salehovun 80 yaşı tamam olur

Fevral ayının 8-də İsmayıllı Rayon Ağsaqqallar Şurasının sədri, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, müdrik ağsaqqal, dəyərli ziyalı Valeh Salehovun 80 yaşı tamam olur.

Gənclik illərindən sadə zəhmətdən başlayan əmək fəaliyyəti, işgüzarlığı və bacarığı sayəsində Valeh müəllim daim ucalaraq rəhbər vəzifələrdə fəaliyyətini uğurla davam etdirmiş, ən əsası isə İsmayıllı və ətraf rayonların əhalisi arasında böyük hörmət və nüfuza sahib olmuşdur. Onun insanlarla ünsiyyət mədəniyyəti, təmkini, tələbkarlığı və nikbinliyi çoxları üçün örnək sayıla bilər. Hər zaman müstəqil Azərbaycan dövlətçiliyinin inkişafına dəyərli töhfələr verən Valeh Salehov bu gün də İsmayıllı Rayon Ağsaqqallar Şurasının sədri kimi Vətənimizin tərəqqisi naminə var qüvvəsi ilə çalışır, gənclərimizin milli-mənəvi dəyərlərimizə hörmət və vətəpərvərlik ruhunda yetişdirilməsi üçün əlindən gələni əsirgəmir.

Valeh Salehovu doğum münasibətilə səmimi qəlbdən təbrik edir, Ona uzun ömür, möhkəm cansağlığı, gənclik enerjisi və gələcək fəaliyyətində uğurlar arzulayırıq!