“MÜSİAD Azərbaycan” Prezident İlham Əliyevi təbrik edib

“MÜSİAD Azərbaycan” Prezident İlham Əliyevi təbrik edib

“MÜSİAD Azərbaycan” İdarə Heyətinin sədri Rəşad Cabirli Prezident İlham Əliyevə məktub göndərib.

Məktubda deyilir: 

Müstəqil Sənayeçi və İş Adamları Dərnəyinin (MÜSİAD) üzvləri adından Sizi 2024-cü il fevralın 7-də keçirilmiş Azərbaycan Prezidenti seçkilərində inamlı qələbə qazanmağınız münasibətilə səmimi qəlbdən təbrik edirik və qürur duyuruq.

Rəhbərliyinizlə Azərbaycanın inkişafında qət etdiyiniz uğurlu yol MUSİAD Azərbaycan heyəti tərəfindən də dəstəklənir.

Prezident seçkilərinin ərazi bütövlüyünü tam bərpa etmiş Azərbaycanımızın bütün ərazilərində keçirilməsi qürurvericidir.

Seçkilərdə qazandığınız qələbə Azərbaycan xalqının Sizə sonsuz etimad və güvənin bariz nümunəsidir. Azərbaycan xalqının rifahı və ölkənin bütün sahələrdə inkişafı üçün göstərdiyiniz əvəzsiz xidmətlərə görə Sizə təşəkkür edirik.

"Bir millət, iki Dövlət" prinsipləri əsasınsa münasibət quran ölkələrimiz arasında imzalanan Şuşa Bəyannaməsinə sadiq qalaraq yeni və daha böyük layihələrə imza atılacağına inamımız sonsuzdur.

Sizi bir daha təbrik edir, möhkəm cansağlığı, ali dövlət fəaliyyətinizdə və bütün təşəbbüslərinizdə uğurlar diləyirik.

Dərin hörmət və ehtiramla,

Rəşad Cabirli, “MÜSİAD Azərbaycan” İdarə Heyətinin sədri

Azərbaycan Respublikası, Bakı şəhəri