Avrora Qrup SIAL Paris 2026-da - FOTOLAR

Avrora Qrup SIAL Paris 2026-da

Avrora Qrup Azərbaycanın yerli istehsal potensialını və ixrac imkanlarını dünyanın aparıcı qida sənayesi sərgilərindən biri olan SIAL Paris 2026-da təqdim edir.

Oktyabrın 17-dən 21-dək Paris Nord Villepinte sərgi mərkəzində keçirilən SIAL Paris dünyanın müxtəlif ölkələrindən istehsalçıları, distribütorları və qida sənayesi mütəxəssislərini bir araya gətirən beynəlxalq platformadır. Sərgi 200-dən çox ölkəni təmsil edən iştirakçıları və 295 minə yaxın sənaye mütəxəssisini bir araya gətirir.

Avrora Qrup Azərbaycanda formalaşdırdığı müasir istehsal infrastrukturu və müxtəlif məhsul kateqoriyaları üzrə istehsal imkanları ilə yerli məhsulların beynəlxalq bazarlara çıxarılmasına töhfə verir. Hazırda şirkətin ixrac coğrafiyası 25-dən çox ölkəni əhatə edir. 

SIAL Paris 2026-da iştirak şirkətə istehsal potensialını beynəlxalq auditoriyaya təqdim etmək, yeni işgüzar əlaqələr qurmaq və ixrac istiqamətində əməkdaşlıq imkanlarını genişləndirmək üçün əlverişli şərait yaradır. Eyni zamanda, bu platforma Azərbaycan istehsalının beynəlxalq bazarlarda tanıdılması və yerli brendlərin rəqabət mövqeyinin gücləndirilməsi baxımından əhəmiyyət daşıyır.

Şirkətin əsas hədəfi yerli istehsal gücünü davamlı ixrac imkanlarına çevirmək, yeni bazarlara çıxışı genişləndirmək və Azərbaycan məhsullarının dünya miqyasında tanınmasına töhfə verməkdir.
Ölkəmizdə istehsal edir, dünyaya təqdim edirik — Avrora Qrup bu yanaşma ilə yerli istehsalın potensialını beynəlxalq bazarlara daşıyaraq Azərbaycanın qlobal qida sənayesində təmsilçiliyini gücləndirməyə çalışır.