Nazir müavini: “Köhnə rəhbərliklə “ASAN Xidmət” arasında fikir ayrılığı olub”

Nazir müavini: “Köhnə rəhbərliklə “ASAN Xidmət” arasında fikir ayrılığı olub”
"Nazirliyin Köhnə rəhbərliyi ilə "ASAN xidmət" arasında fikir ayrılığı bu sahədə tormozlanma yaratmışdı".
BusinessTime xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rövşən Rüstəmov Bakıda keçirilən "Azərbaycanda rəqəmsal inkişaf və nəqliyyat sahəsi üzrə prioritetlər" mövzusunda seminarda bildirib.
R.Rüstəmovin sözlərinə görə, artıq hər iki qurum arasında danışıqlar olub və sərhədlər müəyyən edilib:
"ASAN Xidmət"in rəhbərliyi və bir sıra təşkilatlarla danışdıq və qırmızı xəttləri müəyyən etdik. “Artıq iki qurum arasında danışıqlar olub və sərhədlər müəyyən edilib, “qırmızı xətlər” çəkilib”. Həmin məsələlərdən biri "Open data" layihəsi ilə bağlıdır. Müəyyən olunub ki, onu biz həyata keçirəcəyik və hazırda nazirliyə məxsus “Azintelecom” MMC müvafiq strategiya hazırlayır. Bunun nə kimi əhəmiyyəti var? Biz şirkətlərdən soruşuruq ki, xəritə üzərində niyə bizim yerləri erməni adları ilə qeyd etmisiniz. Onlar da deyirlər ki, bizə “Open data” verin. Onun olmamasə bizə problem yaradır. Bundan başqa, iki qurum arasındakı əlaqələrin normallaşmasının bariz nümunəsi olaraq “Fərdi məlumatlar haqqında” qanun layihəsinin hazırlanmasını göstərmək olar”, - o qeyd edib.