Neftçalada konfrans keçirildi

Neftçalada konfrans keçirildi

Neftçala RİH-in dəstəyi və Şirvan- Salyan Regional Təhsil İdarəsinin təşkilatçılığı ilə Neftçala rayonunda  “2022-2023-cü tədris ilinin yekunu və qarşıda dayanan hədəflər” lə əlaqədar Şirvan- Salyan Regional Təhsil İdarəsinin konfransı keçirilib.

Konfransda Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov, Elm və Təhsil Nazirliyinin Aparat rəhbərinin müavini Fərzəli Qədirov, Şirvan- Salyan Regional Təhsil İdarəsinin müdiri Sənan Mənsimli, regionu təmsil edən müəllimlər və ictimaiyyət nümayəndələri iştirak edib.

Konfrans iştirakçıları tərəfindən Neftçala şəhərində Ulu Öndər Heydər Əliyevin əziz xatirəsinə ucaldılan əzəmətli heykəli ziyarət olunub, önünə gül dəstələri düzülüb, Ümummilli Liderin əziz xatirəsi ehtiramla yad edilibş

Elm və Təhsil Nazirliyinin aparat rəhbərinin müavini Fərzəli Qədirov çıxış edərək  2023–2024-cü tədris ili üçün ümumi və məktəbəqədər təhsil üzrə prioritet istiqamətlər haqqında məlumat verib, təhsilin idarəedilməsində əlçatanlığın və şəffaflığın təmin edilməsi üçün qarşıda duran vəzifələr barədə qeydlərini konfrans iştirakçılarının diqqətinə çatdırıb.

Konfransda çıxış edən Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov Azərbaycanda təhsilə olan dövlət qayğısının, ölkənin gələcəyinə xidmət edən dövlət siyasətinin prioritet istiqamətlərdən biri olmasını, təhsil sisteminin müasir tələblər istiqamətində qurulmasını, inşa olunan yeni məktəb binalarında yaradılan müasir təhsil infrastrukturu, yaradılan şəraitin gənclərimizin vətənpərvər gəncliyinin yetişdirilməsi istiqamətindəki məqsədlərini diqqətə çatdırıb.

2022-2023-cü tədris ilində keçirilən sertifikasiya imtahanında yüksək nəticə toplayan Salyan rayonun Salman Cəfərov adına Yenikənd kənd tam orta məktəbinin ibtidai sinif müəllimi Flora Dünyamalıyeva, Respublika Fənn Olimpiadasının qalibi, Neftçala şəhər humanitar təmayüllü “Muğan” liseyinin şagirdi Nuridə Dadaşlı, Respublika Fənn Olimpiadasının Coğrafiya fənni üzrə qalibi Şirvan şəhər Sadıq Hüseynov adına 1 saylı tam orta məktəbin şagirdi İsa Həsən çıxış edərək təhsil sahəsində göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə, birinci vitse- prezident Mehriban Əliyeva öz təşəkkür və minnətdarlıqlarını bildiriblər. 

2022-2023-cü tədris ilində fərqlənən bir qrup müəllimlər və məktəblər fəxri fərmanlar, qiymətli hədiyyələr ilə təltif olunublar.

Konfrans məktəblilərin hazırladıqları musiqi proqramı ilə davam edib, tədbirin sonunda xatirə şəkli çəkilib.