“Norm” şirkətinin xalis mənfəəti azalıb

“Norm” şirkətinin xalis mənfəəti azalıb
“Norm” şirkətinin xalis mənfəəti azalıb
“Norm” şirkətinin xalis mənfəəti azalıb

Azərbaycanda sement istehsalçısı “Norm” ASC 2020-ci ili 26 milyon 614 min manat xalis mənfəət ilə başa vurub. Bu, 2019-cu illə müqayisədə 3 milyon 473 min manat və ya 11,5% azdır. Şirkət 2019-cu ili 30 milyon 87 min manat xalis mənfəət ilə bağlamışdı.

"BusinessTime" şirkətin illik maliyyə hesabatına istinadən xəbər verir ki, “Norm” şirkətinin satışdan gəlirləri 2019-cu illə müqayisədə 2020-ci ildə 7 milyon 117 min manat və ya 4,8% artaraq 156 milyon 327 min manat təşkil edib.

Gəlirlərin artmasına baxmayaraq "Norm" şirkətinin xalis mənfəətinin azalması xərclərinin artması ilə bağlıdır. Ötən il şirkətin ümumi və inzibati, çatdırılma xərcləri artıb. 

2019-cu illə müqayisədə 2020-ci ildə "Norm" ASC-nin cəmi əməliyyat xərcləri 8 milyon 669 min manat və ya 7,7% artaraq 121 milyon 459 min manat təşkil edib. 2019-cu ildə şirkətin əməliyyat xərcləri 112 milyon 790 min manat təşkil etmişdi. Xərclər artdığından əməliyyat mənfəəti 1 milyon 740 min manat azalaraq 34 milyon 868 min manata düşüb.

2019-cu illə müqayisədə 2020-ci ildə "Norm" ASC-nin cəmi aktivləri 6,8% azalaraq 269 milyon 131 min manata geriləyib. 2019-cu ilin sonunda şirkətin cəmi aktivləri 288 milyon 696 min manat təşkil etmişdi.

@Marja.az