Ölkədə əhalinin gəlirləri ARTIB

Ölkədə əhalinin gəlirləri

2026-cı ilin yanvar ayında ölkə əhalisinin nominal gəlirləri əvvəlki ilin eyni dövrü ilə müqayisədə 8.6 faiz artaraq 6 milyard 478.2 milyon manat və ya hər nəfərə orta hesabla 631.2 manat olub.

BusinessTime xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Qeyd edilib ki, əhalinin sərəncamında qalan gəlirləri 5 milyard 603.3 milyon manat təşkil edib.