“Ordubad Azərbaycanın incisidir”

“Ordubad Azərbaycanın incisidir”

Ölkə ictimaiyyətinə məlum olduğu kimi, 2023-cü il Azərbaycan dövlətçilik tarixində, respublikamızın ictimai-siyasi, sosial-mədəni həyatında, habelə elm və tibb sahəsində çox əhəmiyyətli və əlamətdar ildir.  
 
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamına əsasən 2023-cü il “Heydər Əliyev İli” elan edilib, habelə akademik Zərifə xanım Əliyevanın 100 illik yubileyi də qeyd olunur.
 
“Tusi” Xeyriyyə Cəmiyyəti bu münasibətlə 15 iyun tarixində  “Ordubad Azərbaycanın incisidir” adlı “dəyirmi masa” təşkil edib. 
 
“Arion Hotel”in Konfrans zalında keçirilən tədbirdə tanınmış elm xadimləri, Millət vəkilləri və cəmiyyətdə öz nüfuzu ilə sayılıb-seçilən ziyalılar iştirak edib.
Tədbir Vətən uğrunda canlarından keçən Şəhidlərin yad edilməsi və Dövlət Himninin səsləndirilməsi ilə başladı.
 
Tədbiri giriş sözü ilə açan “Tusi” Xeyriyyə Cəmiyyəti İdarə Heyətinin sədri Yəhya Babanlı dəyirmi masanın əhəmiyyətindən, Heydər Əliyev şəxsiyyətinin fenomenal xüsusiyyətindən danışıb, böyük düha sahibinin Ordubada olan xüsusi diqqət və qayğısından danışdı. 
 
Arxivdən götürülən materiallardan Heydər Əliyevin Ordubad rayonuna səfərinə nəzər saldı.
 
Bu gün hər bir Ordubadlının fəxr ilə ifadə etdiyi “Ordubad Azərbaycanın incisidir” fikirinin Heydər Əliyev tərəfindən nə vaxt və hansı şəraitdə deyildiyi konkret faktla göstərildi.
 
Tədbirdə çıxış edən digər natiqlər ümummilli lider Heydər Əliyevin Azərbaycan dövləti və xalqı qarşısında misilsiz xidmətləri ilə bağlı öz fikirlərini bölüşdü.
 
Belə tədbirlərin keçirilməsi bir daha onu göstərir ki, Heydər Əliyev ölkəyə hər iki rəhbərliyi dövrü bütün bölgələri, bölgələrin inkişafını və yerli şəraitin yaxşlaşdırılmasını düşünüb, bu yöndə dayanmadan, əzmkarcasına çalışıb və regionların inkişafına töhfə verib.
 
Tədbir “Tusi” Xeyriyyə Cəmiyyətinin işində yaxından iştirak edən şəxslərin mükafatıandırılması ilə başa çatdı.
 
Sonda xatirə şəkli çəkdirildi.