Mədinə Əliyeva uğurlu fəaliyyətinə görə mükafatlandırıldı
Azərbaycan Toxumçular Assosiasiyasının sədri Mədinə Əliyeva uğurlu fəaliyyətinə görə mükafatlandırılıb.
“Fortuna Media MMC”-nin təsis etdiyi və hər il bir dəfə sorğu əsasında öz fəaliyyət sahəsində aktiv eləcə də uğurlu fəaliyyəti olan şəxslərin mükafatlandırılması mərasiminin keçirilməsi 2023-cü ilin son nailiyyətləri ilə əlaqədar olaraq bir daha öz mükafatçılarını müəyyən etməkdədir.
Məhz bu məqsədlə təşkilat komitəsinin il ərzində media və sosial şəbəkələrdə apardığı müşahidələrə əsasən Azərbaycan Toxumçular Assosiasiyasının sədri Mədinə Əliyeva “Simurq 2023 Awards Azerbaijan” mükafatına layiq görülmüşdür.
Qeyd edək ki, Azərbaycan Toxumçular Assosiasiyasının əsas məqsədi ölkə ərazisində fəaliyyət göstərən toxum istehsalçılarını birləşdirmək və toxumçuluğun elmi əsaslarla inkişaf etdirilməsindən ibarətdir.