Ötən il Tacikistan Orta Dəhlizlə 2,4 milyon ton yük ixrac edib

Ötən il Tacikistan Orta Dəhlizlə

Tacikistanın Orta Dəhlizdən istifadə etməsi nəql olunan yüklərin həcminin artmasına və zamanında mənzil başına çatdırılmasına səbəb olur.

Bu sözləri iqtisadiyyat naziri Mikayil Cabbarov Bakıda keçirilən Azərbaycan-Tacikistan biznes forumunda deyib.

Nazir bildirib ki, cari ilin ötən 4 ayı ərzində Tacikistanın Orta Dəhlizlə yükdaşımalarının həcmi 86 faiz artıb.

“Ötən il Tacikistan Orta Dəhlizlə 2,4 milyon ton yük ixrac edib. Azərbaycan ilə Tacikistan kənd təsərrüfatı, sənaye, nəqliyyat, tranzit sahələrində əməkdaşlıq etmək üçün böyük potensiala malikdir. Bugünkü forumda hər iki tərəfdən iş adamları şirkət və biznes subyektlərinin nümayəndələri iştirak edirlər. Forum əlaqələrin yaradılması və əməkdaşlıq üçün münbit şərait yaradıb”, - deyə nazir əlavə edib.