“Paşa Holdinq” yeni şirkət yaradıb

“Paşa Holdinq” yeni şirkət yaradıb

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti (DVX) "STP Advanced Technologies" MMC-ni qeydi alıb.

BusinessTime xəbər verir ki, MMC-nin hüquqi ünvanı Sumqayıt Texnologiyalar Parkının (STP) yerləşdiyi Sumqayıt şəhəri, H.Z.Tağıyev, ev.Texnopark müəyyən edilib.

Nizamnamə kapitalı 1000 manat olan şirkətin qanuni təmsilçisi Sərdarlı Nəriman Həsən oğludur.

Qeyd edək ki, Nəriman Sərdarlı hazırda “Paşa Holdinq” MMC-yə bağlı “Paşa Investment” MMC-nin Baş İcraçı Direktoru (CEO), “Paşa Bank” ASC-nin Müşahidə Şurasının üzvüdür.