Rolls-Royce Motor Cars Baku yenilənir

Rolls-Royce Motor Cars Baku yenilənir

“Rolls-Royce Motor Cars Baku” şirkəti paytaxtda yerləşən satış-sərgi mərkəzinə əhəmiyyətli sərmayə qoyduğunu elan edib. Layihə təkmilləşdirilmiş müştəri təcrübəsini təmin etmək üçün əsas satış-sərgi mərkəzinin tamamilə yenilənməsini əhatə edir. Bu yeniliklərə ilin sonunda tam elektrikli Spectre avtomobillərinin gəlişinə hazırlaşmaq üçün emalatxananın yenidən konfiqurasiyasıda daxildir.

Rolls-Royce Motor Cars Baku-nun brend meneceri Nurlan Pənahlı belə şərh etdi: “Bizim fərdi, uzunmüddətli müştəri münasibətlərinin vacibliyinə olan inamımız bu mühüm investisiyada öz əksini tapıb. Azərbaycanda Rolls-Royce avtomobilləri hələ də çox nadirdir: bu əsl lüksun təcəssümüdür”.

Müəyyən vaxtlarda xidmətlərə bəzi məhdudiyyətlər ola bilsə də, salon bütün müddət ərzində fəaliyyətini davam etdirəcək.

2014-cü ildə açılışı olan salon ilə vida ziyafəti zamanı dəvət olunmuş qonaqlar və Rolls-Royce Motor Cars Baku kollektivi bütün Rolls-Royce modellərinə olan güclü müştəri tələbi ilə müşayiət olunan görkəmli uğur hekayəsini qeyd etdilər. Şirkətin müstəsna satış göstəriciləri ona 2018-ci ildə qlobal diler mükafatı qazandırdı; o, 2022-ci ildə ən yüksək illik satış rəqəmlərinə çatdı. Diler həmçinin Bespoke xüsusiyyətləri də daxil olmaqla, 2022 və 2023-cü illərdə satılan hər bir avtomobillə Bespoke fərdiləşdirmədə böyük uğur və davamlı artım əldə etdi.

“Provenance Pre-Owned” proqramı da əhəmiyyətli populyarlıq qazanır. Provenance müştəriləri tam yeni Rolls-Royce alarkən eyni təcrübə və rahatlıqdan zövq alırlar.

Rolls-Royce Motor Cars-ın Mərkəzi/Şərqi Avropa və Mərkəzi Asiya üzrə Korporativ Kommunikasiyalar Direktoru Frank Tiemann vida qəbulu zamanı belə şərh edib: “Bir əsrdən çoxdur ki, Rolls-Royce Motor Cars yeni reallıqlar yaradaraq dəbdəbənin sərhədlərini daha da kənara çəkib, həm avtomobil sahəsində, həm də ondan kənarda. Bu mükəmməllik axtarışı Bakıda yeni müştəri təcrübəsində öz əksini tapacaq və bu yanaşma brendimizin davamlı uğurunun səbəbidir. Rolls-Royce müştəriləri əlaqədə olduqları brendlərdən haqlı olaraq ən yaxşısını gözləyən unikal cəmiyyətin bir hissəsidir. Müştərilərimizin gözləntilərini qarşılamaq üçün uzun illər ərzində göstərdikləri böyük səylərə görə Nurlana və bütün komandaya təşəkkür etmək istərdim.”