“PAŞA Həyat Sığorta”dan böyük geriləmə

“PAŞA Həyat Sığorta”dan böyük geriləmə

PAŞA Həyat Sığorta” Açıq Səhmdar Cəmiyyəti 2021-ci ili 17,714 milyon manat xalis mənfəətlə başa vurub.

BusinessTime şirkətin maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2020-ci illə müqayisədə 18,6% azdır.

Ötən il “PAŞA Həyat Sığorta”nın gəlirləri 291,779 milyon manat (əvvəlki ilə nisbətən 6,5% az), xərcləri 268,21 milyon manat (5,1% az), mənfəət vergisi ödəmələri isə 5,855 milyon manat (24% az) təşkil edib.

Bu il yanvarın 1-nə “PAŞA Həyat Sığorta”nın aktivləri 393,532 milyon manat olub ki, bu da illik müqayisədə 0,7% azdır. Hesabat dövründə şirkətin öhdəlikləri 0,2% azalaraq 327,029 milyon manata, balans kapitalı isə 2,8% azalaraq 66,503 milyon manata düşüb.

Xatırladaq ki, "PAŞA Həyat Sığorta" 2010-cu ildə yaradılıb. Onun nizamnamə kapitalı 40,25 milyon manatdır. Şirkətin səhmləri 100% daxil olduğu "PAŞA Holdinq" MMC-yə məxsusdur.