“PAŞA Bank”da “Yay Təcrübə Proqramı” başa çatıb

“PAŞA Bank”da “Yay Təcrübə Proqramı” başa çatıb
1-4-cü kursda təhsil alan 38 tələbə proqramda iştirak edərək “PAŞA Bank”da Əməliyyat, Maliyyə, Risk, Texnologiya, Təhlükəsizlik, Kommersiya, Hüquq və Komplayns bloklarında dəyərli təcrübə qazanıblar.

31 oktyabr tarixində keçirilən tədbirdə “PAŞA Bank”ın idarə heyətinin sədri Cavid Quliyev və İnsan Resursları departamentinin direktoru Zibeydə Hacıyeva çıxış ediblər. Onlar tələbələri təcrübə proqramını uğurla tamamlamaları münasibətilə təbrik edərək sertifikatlarla təltif ediblər.