"PashaPay" şirkəti "Competo" şirkətində paya sahib olub

"PashaPay" şirkəti "Competo" şirkətində paya sahib olub

2025-ci il ərzində "BirKart" BOKT "Competo"şirkətinə əlavə olaraq 10 milyon 500 min manat investisiya yatırıb və nəticədə törəmə şirkətə ümumi investisiyanın dəyəri 96 milyon 496 min manat təşkil edib (31 dekabr 2024: 85 milyon 996 min manat).

Bundan əlavə, 2025-ci il ərzində "PashaPay" MMC (m10 brendi) "Competo" MMC-nin (Birmarket brendi) nizamnamə kapitalına 45 milyon 845 min manat məbləğində töhfə verib.

31 dekabr 2025-ci il tarixinə "Competo" MMC-nin nizamnamə kapitalı 178 milyon 384 min manat təşkil edib (31 dekabr 2024: 122 milyon 38  min manat). Həmin tarixə "BirKart" BOKT və "PashaPay" MMC müvafiq olaraq 54,09% (31 dekabr 2024: 70,47%) və 25,70% (31 dekabr 2024: 0%) paya sahib olublar.

Nəticədə, Bankın "BirKart" NBCO və "PashaPay" MMC vasitəsilə "Competo" MMC-də ümumi payı 31 dekabr 2025-ci il tarixinə 79,79% təşkil edib. Pay strukturundakı dəyişikliklər hesabat dövründə həyata keçirilən kapital artımını əks etdirir.

"BirKart BOKT" MMC

31 dekabr 2025 və 2024-cü il tarixlərinə "Kapital Bank" ASC “BirKart” Bank Olmayan Kredit Təşkilatı Məhdud Məsuliyyətli Cəmiyyətinin (“törəmə müəssisə” və ya “BirKart BOKT”) 100%-nə sahibdir. Şirkət 3 may 2018-ci ildə Bank tərəfindən Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq təsis edilmişdir. 31 dekabr 2025-ci il tarixinə törəmə müəssisənin nizamnamə kapitalı 99 milyon 836 manat təşkil etmişdir (2024: 88 milyon 336 manat).

Törəmə müəssisə kredit fəaliyyətinə 2025-ci ildə başlamışdır.

"Competo" MMC

6 mart 2020-ci il tarixində "BirKart BOKT MMC "Competo" MMC-nin (“asılı müəssisə”) nizamnamə kapitalının 25%-ni satın almışdır.

"Competo" MMC 9 fevral 2018-ci ildə təsis edilmiş və pərakəndə bankçılıq üzrə İT və konsaltinq xidmətləri sahəsində fəaliyyət göstərir.

2024-cü il ərzində "BirKart" öz asılı müəssisəsinə 20 milyon 861 min manat məbləğində investisiya qoyaraq "Competo" MMC-də səs hüququ verən payını 48%-dən 60,3%-ə yüksəltmişdir. Bunun nəticəsində "Competo" MMC Bankın törəmə müəssisəsinə çevrilmişdir.

Daha sonra 2024-cü il ərzində "BirKart BOKT" "Competo" MMC-yə əlavə 31 milyon 245 manat investisiya yatırmış və törəmə müəssisəyə ümumi investisiyanın dəyəri 85 milyon 996 manat olmuşdur.

Nəticədə 31 dekabr 2024-cü il tarixinə Bankın "Competo" MMC-də payı 70,47% təşkil etmişdir.

"PashaPay" MMC

31 dekabr 2025-ci il tarixinə "Kapital Bank" "PashaPay" MMC-nin (“törəmə müəssisə”) 99,99%-nə sahibdir. Şirkət elektron ödənişlər və nağd ödəniş terminalları bazarında fəaliyyət göstərir.

2024-cü il ərzində Bank birbaşa olaraq "PashaPay "MMC-nin nizamnamə kapitalına 22 milyon manat əlavə investisiya qoymuş və nəticədə törəmə müəssisənin nizamnamə kapitalı 40 milyon 22 manat təşkil etmişdir. Həmin tarixə Bankın payı 99,99% səviyyəsində qalmışdır.

2025-ci il ərzində Bank "PashaPay" MMC-yə 33 milyon 845 manat əlavə kapital töhfəsi vermişdir. Bu vəsait "Competo" MMC-yə yenidən investisiya məqsədi ilə yönəldilmişdir. Nəticədə, törəmə müəssisənin nizamnamə kapitalı 73 milyon 867 manat təşkil etmişdir (31 dekabr 2024: 40 milyon 22 min manat). Bankın "PashaPay" MMC-də sahiblik payı 31 dekabr 2025-ci il tarixinə də dəyişməyərək 99,99% olaraq qalmışdır.

"Red Hearts Foundation"

31 dekabr 2025 və 2024-cü il tarixlərinə törəmə müəssisə Red Hearts Foundation-nın 100%-nə sahibdir. Fond 15 dekabr 2020-ci ildə təsis edilmişdir.