Pir Həsən türbəsində təmir işlərinin layihəsini FHN-in qurumu hazırlayacaq
Pir Həsən türbəsinin təmir-bərpa işlərinin işçi layihəsinin ekspertizasına başlanılır.
İqtisadiyyat.az xəbər verir ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi bununla əlaqədar hazırlıq işlərini yekunlaşdırıb.
Belə ki, qurum ekspertiza işlərini Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi, Təsisatdankənar Dövlət Ekspertiza Baş İdarəsinə həvalə edib və onunla müqavilə bağlayıb.
Xatırladaq ki, Prezident İlham Əliyev bu ilin mayın 2-də Pir Həsən ziyarətgahında təmir-bərpa işlərinin həyata keçirilməsi üçün vəsait ayrılması haqqında Sərəncam imzalayıb.
Sərəncama əsasən ziyarətgahda təmir-bərpa işlərinin həyata keçirilməsi üçün Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə 550 min manat vəsait ayrılıb.
Ziyarətgahda təmir-bərpa işlərinin icrası “Fortis Construktion” şirkətinə həvalə olunub.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi şirlətlə müqavilə də bağlayıb. Müqavilənin maliyyə dəyəri 511.711,55 manat müəyyənləşib.

