Piyada diqqətsizliyi ağır qəzaya səbəb oldu

Bu gün saat 14:15 radələrində "Azərbaycan Dəmir Yolları" QSC-yə (ADY) məxsus yol təmiri maşını(drezin) Xaçmaz stansiyasında hərəkətdə olarkən bir nəfər naməlum şəxs  qəfil qatarın qarşısına çıxıb.

Bu barədə BusinessTime-a ADY-dən məlumat verilib.
Maşinist təcili tormozlama aparsa da, məsafə az olduğundan toqquşma qaçılmaz olub və həmin şəxs hadisə nəticəsində dünyasını dəyişib.
ADY bir daha piyadaları yol hərəkəti qaydalarına ciddi əməl etməyə, qəflətən qatarın yoluna çıxmamağa çağırır.