Polşanın ilk və yeganə kosmonavtı vəfat edib

Polşanın ilk və yeganə kosmonavtı vəfat edib

Polşanın ilk və yeganə kosmonavtı, Sovet İttifaqı Qəhrəmanı Miroslav Qermaşevski 82 yaşında vəfat edib.

BusinessTime.az TASS agentliyinə istinadla xəbər verir ki, bu barədə onun kürəkəni, Avropa Parlamentinin polşalı üzvü Rişard Çarneçki tviter səhifəsində məlumat verib.

Onun Varşava xəstəxanasında dünyasını dəyişdiyi bildirilir.

Xatırladaq ki, Qermaşevski 1978-ci il iyunun 27-də sovet kosmik gəmisi “Soyuz-30” ilə kosmosa çıxıb. O, Yer atmosferindən kənarda 7 gün 22 saat 2 dəqiqə 59 saniyə qalaraq kosmosa səyahət edən 89-cu insan olub.