Prezident BMT-dəki səfiri Ukraynaya göndərdi
![Prezident BMT-dəki səfiri Ukraynaya göndərdi](https://businesstime.az/uploads/images/2023/05/image_750x_646c99d85d30a.jpg)
Seymur Qurban oğlu Mərdəliyev Azərbaycan Respublikasının Birləşmiş Millətlər Təşkilatının Cenevrə şəhərindəki bölməsi və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsinin müavini vəzifəsindən geri çağırılıb.
BusinessTime-ın xəbərinə görə, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.
Dövlət başçısının digər sərəncamı ilə Seymur Qurban oğlu Mərdəliyev Azərbaycan Respublikasının Ukraynada fövqəladə və səlahiyyətli səfiri təyin edilib.