Pul baratları üzrə saldo 83%-ə yaxın artıb

Pul baratları üzrə saldo 83%-ə yaxın artıb

Bu ilin yanvar-iyun aylarında pul baratları üzrə saldo (yəni daxilolmalarla xaricolmaların fərqi) 540.6 mln. ABŞ dolları təşkil edib.

BusinessTime AMB-yə istinadən xəbər verir ki, bu göstərici ötən ilin müvafiq dövrünə nəzərən 82.8% artıb.

Mərkəzi Bankın 2026-cı ilin sonuna və 2027-ci ilə cari əməliyyatlar hesabının profisiti üzrə proqnozu artım istiqamətində dəyişdirilib. Bu, cari ildə qlobal enerji qiymətlərinin yüksəlməsi, eləcə də qeyri-neft-qaz əmtəə və xidmətlər ixracı üzrə müsbət meyillərin davam etməsi ilə bağlıdır.

Bundan əlavə, pul siyasəti alətləri maliyyə bazarlarında gedən proseslər və bank sistemindəki likvidlik göstəriciləri nəzərə alınmaqla tətbiq olunur. Təminatsız pul bazarında qısamüddətli faizlər Mərkəzi Bankın faiz dəhlizi çərçivəsində formalaşır.

Belə ki, AZIR dərəcəsi üzrə orta günlük göstərici 2026-cı ilin may və iyun aylarında 6.43%, iyul ayının ötən dövründə isə 6.39% olub.