Xurma ixracından 32 milyon dollar gəlir əldə olundu
Bu ilin birinci yarısında Azərbaycan 32 milyon dollar dəyərində 40,5 min ton xurma ixrac edib.
BusinessTime-ın Dövlət Gömrük Komitəsindən əldə etdiyi məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər baxımından 3% azdır.
Hesabat dövründə xurma ixracı Azərbaycanın ümumi ixracının 0,20%-ni təşkil edib.


