“Azərbaycan Qan Donorluğunun İnkişafı Mərkəzi” əlaqələrini genişləndirir

“Azərbaycan Qan Donorluğunun İnkişafı Mərkəzi” əlaqələrini genişləndirir

“Azərbaycan Qan Donorluğunun İnkişafı Mərkəzi” (AQDİM) ilə "Caspian Entertainment Company" şirkəti arasında ikitərəfli görüş təşkil olunub

Görüş zamanı AQDİM-nin idarə heyətinin sədri Fuad Rəsul "Caspian Entertainment Company" şirkətinin rəhbəri Ahmet Mehmet Ertan Haytaoğlu Beynəlxalq Muğam Mərkəzində təşkil olunan  irsi qan xəstəliyindən əziyyət çəkən və ilk dəfə məktəbə qədəm qoyan uşaqlara çantalar və müxtəlif məktəb ləvazimatlarının təqdim olunmasında göstərdiyi  böyük dəstəyə görə dərin təşəkkürünü bildirib. Daha sonra irsi qan xəstəliyindən əziyyət çəkən uşaqların və gənc qan donorların asudə vaxtlarının səmərəli keçirilməsi məqsədilə  geniş müzakirələr aparılıb.

Tədbir sonrası “Azərbaycan Qan Donorluğunun İnkişafı Mərkəzi”nin (AQDİM) idarə heyəti sədrinin qərarı ilə irsi qan xəstəliyindən əziyyət çəkən uşaqlara göstərilən xüsusi diqqət və qayğıya görə  "Caspian Entertainment Company" şirkətinin rəhbəri    Ahmet Mehmet Ertan Haytaoğluna Fəxri Fərman  təqdim olundu.

“Azərbaycan Qan Donorluğunun İnkişafı Mərkəzi”nin mətbuat xidmətindən verilən məlumata əsasən, AQDİM-in əsas məqsədi müvafiq dövlət orqanları və özəl sektorlarla qan donorluğu sahəsində yaxından əməkdaşlıq etmək, eyni zamanda, Bakı və regionlarda bu istiqamətdə aparılan işin daha da gücləndirilməsinə dəstək verməkdir. Həmçinin gənclər arasında daimi etibarlı qan tədarükünün təmin olunması və irsi qan xəstəliyi ilə bağlı təbliğatın gücləndirilməsinə xidmət etmək də mərkəzin fəaliyyəti istiqamətlərindəndir.

Qeyd edək ki, qanvermə aksiyaları və təbliğat xarakterli tədbirlər Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təsdiq etdiyi “Hemofiliya və talassemiyadan əziyyət çəkən uşaqlara qayğı” Dövlət Proqramına uyğun, həmçinin Heydər Əliyev Fondunun “Talassemiyasız həyat naminə” proqramı çərçivəsində təşkil olunur.