“Femida Könüllüləri” Naxçıvanda da fəaliyyətə göstərəcək

“Femida Könüllüləri” Naxçıvanda da fəaliyyətə göstərəcək

2024-cü ilin martın 6-da Naxçıvan Dövlət Universiteti ilə "Femida Könüllüləri" Təşkilatı arasında könüllülük fəaliyyətinin təşkili ilə bağlı memorandum imzalanıb.

Memorandumun imzalanma mərasimində Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev könüllülük təşkilatının fəaliyyətini yüksək qiymətləndirərək bildirib ki, tələbələrin günün tələblərinə uyğun, əmək bazarının tələbatına cavab vermək potensialına malik, hazırlıqlı formaya çatması baxımından “Femida Könüllüləri” Təşkilatının fəaliyyəti diqqətəlayiqdir.

Könüllülük fəaliyyətinin təşkili ilə bağlı memorandumunun imzalanması Naxçıvan Dövlət Universitetinin tələbələrinə gələcəkdə geniş imkanlar yaratmaqla onların bilik və təcrübələrinin artırılmasına, nəzəriyyədə qazandıqları biliklərin təcrübədə də istifadə bacarıqlarının formalaşmasına böyük töhfə verəcək.

“Femida Könüllüləri” İctimai Birliyinin sədri Nilgün Məmmədova da çıxışında təşkilatın fəaliyyət istiqamətləri və gələcək hədəfləri barədə məlumat verərək bildirib ki, universitetlə imzalanan memorandum gələcəkdə birgə həyata keçiriləcək yeni layihələr üçün hüquqi əsas rolunu oynayacaq.

Daha sonra Təşkilatın iş prinsipi, fəaliyyətinin əsas məqsədləri, həyata keçiriləcək layihələr, könüllülük proqramlarına müraciət, seçim prosedurları və digər detallar barədə tələbələrə geniş izahlar verilib.