“Qarabağ”ın futbolçusu ölkəsində ayın ən yaxşısı seçilə bilər

“Qarabağ”ın futbolçusu ölkəsində ayın ən yaxşısı seçilə bilər

“Qarabağ”ın futbolçusu Yassin Benzia ölkəsində ayın ən yaxşı oyunçusu adına namizədlər sırasında yer alıb.

AZƏRTAC Əlcəzair mətbuatına istinadən xəbər verir ki, 30 yaşlı yarımmüdafiəçi ötən ayın ən yaxşı futbolçusu seçilə bilər.

Siyahıda Yassin Benzia ilə yanaşı, Niderlandın “Vitess” komandasından Anis Hac Mussa və İngiltərə “Vulverhempton”undan Rayan Ayt Nuri də var.

Azarkeşlər arasında keçirilən səsvermədə müəyyənləşəcək qalibə aprelin 7-də “Fennec du mois” mükafatı təqdim olunacaq.

Qeyd edək ki, Yassin Benzia Əlcəzair millisinin “FIFA series” turniri çərçivəsində Boliviya və Cənubi Afrika Respublikası yığmalarına keçirilən matçlarda ümumilikdə 3 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.