Qaynar, ilıq, ya soyuq? - Yeməkləri hansı temperaturda yemək daha təhlükəsizdir?
"Həddindən artıq isti içkilər və yeməklər təhlükəli ola bilər".
Oxu.Az-ın xəbərinə görə, bu barədə rusiyalı qastroenteroloq Aleksandr Prikazçikov öz "Telegram" kanalında yazıb.
Aleksandr Prikazçikovun sözlərinə görə, temperaturu +65 dərəcədən yuxarı olan içkilər və yeməklərin istehlakı qida borusu xərçənginin inkişaf riskini ikiqat artırır. Həkim yazıb ki, bundan əlavə, çox isti yeməklər ezofagit və eroziyalarla da assosiasiya olunur.
"Qida borusu və yuxarı mədə-bağırsaq traktının yuxarı hissələri üçün məhz orta temperatur (təxminən 36-42 dərəcə) təhlükəsizdir, nəinki mümkün qədər qaynar. Soyuq yeməyə gəldikdə isə, bu, heç bir təhlükə yaratmır, çünki mədə özü onu bədən istiliyinə qədər çatdıracaq", - - deyə mütəxəssis əlavə edib.


