Qırğızıstan viza rejimini məhdudlaşdırır

Qırğızıstan viza rejimini məhdudlaşdırır

Qırğızıstan hökuməti xarici vətəndaşların ölkədə qalma müddətini uzatmaq məqsədilə digər dövlətin ərazisinə keçib qayıtmağa imkan verən “visa-run” qaydasını ləğv edib.

Bu barədə Qırğızıstan Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, bundan sonra əcnəbilərə “60/120 ” prinsipi üzrə vizasız rejim tətbiq ediləcək. Beləliklə, 60 günlük vizasız rejimdən istifadə edəcək xarici ölkə vətəndaşının Qırğızıstana qayıtması ölkədən çıxdıqdan 60 gün sonra mümkün olacaq.

Nazirlik əcnəbilərdən Qırğızıstana səfərlərini əvvəlcədən planlaşdırmağı, lazım gələcəyi təqdirdə isə ölkədə qalmaq üçün müvafiq icazə sənədlərini qeydiyyatdan keçirməyi xahiş edib.