“QOÇ ƏT” əmtəə nişanından qanunsuz istifadə edilir

“QOÇ ƏT” əmtəə nişanından qanunsuz istifadə edilir

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti “QOÇ ƏT” MMC-nin ərizəsilə fiziki şəxs Abbasov Fikrət barəsində iş qaldırıb.

“QOÇ ƏT” MMC-yə məxsus “QOÇ ƏT” əmtəə nişanından fiziki şəxs Abbasov Fikrət tərəfindən qanunsuz istifadə edilməsi, habelə Xidmətin göstərişinin icra edilməməsi əlamətləri üzrədir.

"QOÇ ƏT" markası Təhməzov qardaşları tərəfindən yaradılıb. Hazırda "QOÇ ƏT" adı altında 20 adda ekoloji cəhətdən təmiz məhsullar (dana və quzu əti, kənd toyuğu, hinduşka, ördək, qaz, dana ətindən hazırlanan kənar qatqılarsız halal kolbasalar, təmiz bal, kənd yumurtası, süd məhsulları və s.) satışa çıxarılır. Həmçinin "QOÇ ƏT" restoranları da fəaliyyət göstərir.


Marja