"Günay Sığorta"nın sədri işdən çıxıb
"Günay Sığorta" şirkətinin idarə heyətinin sədri Mahir Niftiyev şirkətdən ayrılıb.
Bu barədə sığorta şirkətindən bildirilib.
Məlumata görə, Mahir Niftiyev avqustun 1-dən etibarən öz ərizəsi ilə "Günay Sığorta"dan ayrılıb.
Müvəqqəti olaraq idarə heyəti sədri vəzifəsi Kamran Babayevə həvalə edilib.
APA

