“Rabitəbank”ın Marketinq departamentinə yeni rəhbər təyin olunub
Bankın İdarə Heyətinin qərarı ilə Şəmi Əliyev Rabitəbankın Marketinq departamentinin rəhbəri vəzifəsinə təyin olunub.
Şəmi Əliyev bank və maliyyə sektorunda 16 ilə yaxın peşəkar təcrübəyə malikdir. O, ali təhsilini Azərbaycan Dövlət İqtisad Universitetində başa vurduqdan sonra ABŞ-ın Texas A&M University-də Biznesin İdarəedilməsi (MBA) üzrə magistr təhsili alıb. Peşəkar fəaliyyətinə ABŞ-da başlayaraq JPMorgan Chase və IBC Bank-da çalışıb, daha sonra Azərbaycanda bank sektorunda müştəri təcrübəsi, xidmət keyfiyyəti, pərakəndə bankçılıq, satış şəbəkəsinin idarə edilməsi və biznesin inkişafı istiqamətlərində rəhbər vəzifələrdə fəaliyyət göstərib.
O, 2021-ci ildən Rabitəbankın Xidmət keyfiyyətinə nəzarət departamentinə rəhbərlik edib.


