Red Bull yağlı dirək geri qayıdır
Bu yay Azərbaycanın ən əyləncəli və ən çətin yarışlarından biri yenidən iştirakçılarını gözləyir.
Red Bull Yağlı Dirək bu il 28 iyun tarixində öz ənənəvi məkanı olan Pirallahı qəsəbəsinin Nərəkənd Parkında keçiriləcək.
Qaydalar sadə görünür, amma qalib olmaq heç də asan deyil. Yağlanmış dirəyin sonuna qalx, bayrağı götür, mükafatı qazan!
Bu il iştirakçıları bir birindən maraqlı hədiyyələr gözləyir:
1-ci yer - PlayStation 5
2-ci yer - Ray-Ban Meta Wayfarer ağıllı eynəyi
3-cü yer - G-Shock saatı
Həm dostlarınla adrenalin dolu bir gün keçirmək, həm də öz gücünü sınamaq istəyirsənsə, bu yarış məhz sənin üçündür.
Qeydiyyat artıq açıqdır: https://www.redbull.az/yaglidirek
Fürsəti əldən vermə,öz yerini indidən tut və bu yayın ən yaddaqalan Red Bull anlarından birini yaşa.
Tarix: 28 iyun 2026
Məkan: Nərəkənd Parkı, Pirallahı


