Audi A2 e-tron premyera öncəsi nümayiş etdirilib

Audi A2 e-tron premyera öncəsi nümayiş etdirilib

Audi yeni A2 e-tron elektromobilinin kamuflyajlı görüntülərini yayımlayıb və model barədə ilk texniki məlumatları açıqlayıb.

Şirkətin məlumatına görə, yeni model texniki baxımdan bu ilin aprelində təqdim olunan Volkswagen ID.3 Neo ilə eyni platforma və aqreqatları paylaşacaq.

Buna baxmayaraq, Audi A2 e-tron markaya xas premium dizayn və avadanlıqla fərqlənəcək.

Modelin tam təqdimatının yaxın aylarda keçirilməsi gözlənilir.