Respublika Klinik Xəstəxanası qazi anasını əməliyyat edib

Respublika Klinik Xəstəxanası qazi anasını əməliyyat edib

Qazi anası, İmişli rayon sakini, 1955-cü il təvəllüdlü Həbibova Gözəl İmran qızı TƏBİB-in tabeliyində olan M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasına uzun müddətdir ki, əziyyət çəkdiyi sağ gözün katarakta şikayətilə müraciət edib.
Gözəl Həbibova xəstəxananın Oftalmologiya şöbəsinin həkimləri Leyla Babayeva və Rasim Orucov tərəfindən müayinə edilib, xəstəyə fəsadlı katarakta diaqnozu qoyulub.
    Xəstəyə katarakta əməliyyatı və göz içi linza implantasiyası olunub. Qazi anası ona göstərilən diqqət və qayğıya görə Respublika Klinik Xəstəxanasının direktoru Elviz Qasımova, Oftalmologiya şöbəsinin həkimləri Leyla Babayevaya və Rasim Orucova minnətdarlığını bildirib.
    Qeyd edək ki, Həbibova Gözəl II Qarabağ müharibəsi qazisi Həbibli Xəqani Ramiz oğlunun anasıdır. Xəqani Həbibli 1994-cü ildə İmişli rayonunun Cəfərli kəndində anadan olub. Azərbaycanın Qubadlı və Cəbrayıl rayonlarının işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaət nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Xəqani Həbibli “Qubadlının azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə” və “Cəsur döyüşçü” medalları ilə təltif edilib.