Rusiya defolta düşmədi - borcunu ödədi

Rusiya defolta düşmədi - borcunu ödədi

Rusiya 117 milyon dollar məbləğində xarici valyutada avrobondlar üzrə kuponun ödənilməsi üzrə ödəniş tapşırığını yerinə yetirib.

"Maliyyə Nazirliyi Rusiya avrobondlarının iki emissiyası üzrə 117,2 milyon ABŞ dolları məbləğində kupon gəlirinin ödənilməsi üzrə ödəniş tapşırığının tamamlandığını açıqlayıb. Ödəniş xarici valyutada həyata keçirilib. Dövlət borcuna xidmətlə bağlı heç bir problem yoxdur", - Rusiya Nazirlər Kabinetindən bildirilib.  

Rusiya Federasiyasının Maliyyə Nazirliyi avrobondlar üçün ödəniş agentinə (Citibank, N.A., London filialı) əlavə məlumat verəcəkdir.

Eyni zamanda maliyyə naziri Anton Siluanov bildirib ki, Rusiya xarici valyutada borcunu ödəyə bilmədikdə rublla ödəniş tapşırığı hazırlayacaq. 

Rusiya Prezidentinin mətbuat katibi Peskov bildirib ki, Rusiya Federasiyası dövlət borcunun defoltunun qarşısını almaq üçün bütün lazımi vəsaitə və potensiala malikdir.

Marja