"AliExpress" və "Temu" sifarişlərinə yeni məhdudiyyət: Əlavə rüsum gəlir
Avropa İttifaqı Çinin "Shein", "Temu" və "AliExpress" kimi platformalarından gələn ucuz onlayn sifarişlərin qarşısını almaq üçün ilk addımı ataraq 3 avroluq rüsum tətbiqinə başlayıb.
Plat.az "Reuters"ə istinadən xəbər verir ki, bu keçid tədbiri əvvəllər rüsumsuz gələn bağlamaların sayının kəskin artması fonunda yerli biznesi qorumaq məqsədi daşıyır.
Analitiklər bu qərardan sonra Avropaya gələn onlayn sifarişlərin həcmində azalma gözləyirlər. Həmçinin platformaların əlavə xərcləri alıcıların üzərinə qoyması səbəbindən istehlakçı qiymətlərinin də yüksələ biləcəyi ehtimal edilir.


