Rusiya sülhməramlılarının yeni komandanı təyin edilib

Rusiya sülhməramlılarının yeni komandanı təyin edilib

Rusiya müdafiə naziri Sergey Şoyqunun müşaviri Aleksandr Lentsov Azərbaycanın Qarabağ bölgəsində müvəqqəti yerləşdirilən Rusiya sülhməramlılarının komandanı təyin edilib.

BusinessTime Ermənistan mediasına istinadən xəbər verir ki, bu barədə telegram kanallarında məlumat yayıb.

Məlumta görə, general-polkovnik Aleksandr Lentsovun təyinatı yaxın günlərdə rəsmiləşəcək.

O bu postda Andrey Volkovu əvəz edib.

Qeyd edək ki, 1956-cı il təvəllüdlü A.Lentsov 1996-2009-cu illərdə 98-ci Qvardiya Hava Desant Diviziyasının komandiri olub. 2009-2013-cü illərdə Rusiya Hərbi Hava Desant Qüvvələrinin komandirinin müavini, 2013-2020-ci illərdə isə Rusiya Quru Qoşunları komandanının müavini vəzifələrində çalışıb. O, 2011-ci ildə general-leytenant, 2014-cü ildə isə general-polkovnik rütbələri alıb.