Səhiyyə nazirinə yeni müavin təyin olundu
Səhiyyə nazirinə yeni müavin təyin olunub.
Bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.
Sərəncama əsasən, Rüfət Cahangir oğlu Hacıəlibəyov səhiyyə nazirinin müavini təyin olunub.
Qeyd edək ki, R. Hacıəlibəyov 2022-ci ilin iyul ayından səhiyyə nazirinin səhiyyənin rəqəmsallaşdırılması məsələləri üzrə müşaviri vəzifəsində çalışıb.
O, rəqəmsal transformasiya sahəsində 30 illik təcrübəsi ilə Azərbaycanda HP, Microsoft və SAP kimi aparıcı qlobal informasiya texnologiyaları şirkətlərinin yerli nümayəndəliklərinə rəhbərlik edib. 2017-ci ildən etibarən Bakı Mühəndislik Universitetinin Himayəçilər Şurasının üzvüdür.
Azərbaycan Respublikasında informasiya texnologiyalarının inkişafına verdiyi töhfələrə görə Prezidentin 2021-ci il tarixli Sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif edilib.


