Rusiya yeni zirehli avtomobil hazırladı

Rusiya yeni zirehli avtomobil hazırladı

Rusiyada yeni Lexus LX əsasında dəbdəbəli zirehli avtomobil hazırlanıb.

BusinessTime xəbər verir ki, bu baradə Rusiya KİV-ləri məlumat yayıb.

Belə ki,Nijni Novqorod RIDA emalatxanası VR7+/B6+ standartına uyğun olaraq tam zirehli avtomobil hazırlayıb.

Avtomobilin gövdəsi 6,5 mm qalınlığında polad təbəqələrlə möhkəmləndirilib. Avtomobil snayper tüfəngindən atəşə davamlı 50 mm-lik güllə keçirməyən laminat şüşə ilə örtülüb.

Bununla yanaşı avtomobilə digər təhlükələrdən qorumaq üçün bir sıra müdafiə edici qorumalar əlavə edilib.

Orxan Kərimov