Sabir Rüstəmxanlı: "Sən axı Azərsellsən, İransell deyilsən!"

Sabir Rüstəmxanlı:

"Mən İranda deyiləm! Azərbaycanda, Yardımlıdayam!"

"BusinessTime" xəbər verir ki, bu sözləri Xalq şairi Sabir Rüstəmxanlı feysbuk hesabında yazıb.

"Hörmətli Azərsell! Mən İranda deyiləm! Azərbaycanda, Yardımlıdayam! Sən hansı haqla və məsuliyyətsizliklə mənim telefonuma “İrana xoş gəlmisiniz…” mesajı göndərirsən? Sən axı Azərsellsən, İransell deyilsən!"

Qeyd edək ki, ölkənin bəzi cənub bölgələrinin ərazisində provayderlər "İrana xoş gəlmisiniz" mesajı göndərirlər.