Şahbuz Rayon İcra Hakimiyyətinin yenilənmiş internet saytı “GOV.AZ” zonasına köçürülüb
Naxçıvan Muxtar Respublikasının Şahbuz Rayon İcra Hakimiyyətinin elektron informasiya resursu yeni “shahbuz-ih.gov.az” domen adı ilə “AzStateNet” şəbəkəsinə köçürülüb.
Bu barədə BusinessTime-a Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətindən (XRİTDX) məlumat verilib.
Məlumatda deyilir ki, XRİTDX tərəfindən Naxçıvan Muxtar Respublikasında dövlət orqanlarının internet səhifələrinin “GOV.AZ” zonasında qeydiyyatdan keçirilməsi və təhlükəsizliyinin gücləndirilməsi ilə bağlı müvafiq tədbirlər davam etdirilir.

